BİZİM HEKAYƏMİZ

Kiçik rəng hər şeyi bir araya gətirir

Zili ART

Yeni yolun yaradıcısı

   Qafqaz təbiətinin bütün müxtəlifliyini təcəssüm etdirən Azərbaycan xalçaları qədim zamanlardan etibarən, hər bir xarakterin rolunu və gizli mənasını verən bir növ qoruyucu və informasiya mənbəyidir. Məhz buna görə xalçalar istənilən sənət sevərlərin diqqətini cəlb edir.

   Azərbaycan xalçaçılıq sahəsində çalışan sənətkarların istedadı sayəsində, Sankt-Peterburqdakı Ermitaj, Parisdəki Louvre, İstanbuldakı Topqapi, Londondakı Victoria və Albert Muzeyi, Vaşinqtonda yerləşən Tekstil Muzeyi, Azərbaycan Xalçası Muzeyi, Bakıdakı Azərbaycan Tarixi Muzeyi və eləcə də dünyanın digər mədəniyyət mərkəzlərində milli xalçalarımız ayrı-ayrı ekspozisiyalar kimi nümayiş etdirilir.

   Biz qarşımıza mədəni ənənələrimizi 21-ci əsrdə qoruyub saxlamaqla hər bir kəsə xalqımızın tarixinə qovuşmaq imkanını verən bir vəzifə qoyduq. Bizim sənətkarlarımız qədim texnologiya əsasında müxtəlif əsrarəngiz sənət əsərləri yaradır, yalnız əl əməyi ilə ərsiyə gələn bu xalçalar unikallığı və təkrarolunmazlığı ilə seçilirir. sasən təbii komponentlərdən ipək və yundantoxunan xalçalar müxtəlif interyerə rahatlıq və xücuci gözəllik verir.

   Zili ART geniş çeşidli müxtəlif xalçalar təqdim edir. Saytımızda Azərbaycan xalçaçılıq məktəblərinin məhsulları ilə tanış ola bilərsiniz:

   Quba, Bakı (Abşeron) məktəbləri, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəbləri.

   Zili ART fabrikində istehsal olunan hər bir xalça keyfiyyət sertifikatına malikdir.

ZİLİ ART - yeni yolun yaradıcısı.